İsraildə qalmaqal: HƏMAS hücumu zamanı Netanyahunun telefon qeydləri dəyişdirilib
Publika.az-ın məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahunun HƏMAS-ın 2023-cü il oktyabrın 7-dəki hücumu zamanı telefon danışığı qeydlərinin dəyişdirilməsi ilə bağlı iddialar ortaya çıxıb. Bu iddiaları Netanyahunun keçmiş hərbi katibi Avi Gil irəli sürüb.
Gil, Baş nazirin Aparat rəhbəri Tzaçi Bravermanın göstərişi ilə Netanyahunun həmin gün ilk telefon danışığının vaxtının dəyişdirilməyə çalışıldığını bildirib. İddialara görə, danışığın vaxtı hücumun başladığı saat 06:29-a uyğunlaşdırılmaq istənilib. Gil bu məsələ ilə bağlı baş prokurora məlumat verib.
Keçmiş hərbi katib həmçinin, Netanyahunun təhlükəsizlik rəhbərlərinin əvvəlcədən etdiyi xəbərdarlıqları nəzərə almadığını və hücumun ilk iki saatında yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə danışmadığını qeyd edib. Onun iddiasına görə, Baş nazir girovların azad edilməsi üçün imkan yarada biləcək razılaşmaları koalisiya hökumətini qorumaq üçün rədd edib.
ƏLAQƏLİ
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq və gerb olacaq
Baş nazirin Aparatı isə bu iddiaları təkzib edərək, qeydlərin dəyişdirilməsi və girovların qurban verilməsi ilə bağlı deyilənləri rədd edib. Rəsmi açıqlamada, oktyabrın 7-dəki kəşfiyyat uğursuzluğuna görə əsas məsuliyyətin ordu və təhlükəsizlik rəhbərlərinin üzərinə düşdüyü bildirilib.
Müxalifət lideri Gadi Eisenkot isə Netanyahu barəsində dərhal cinayət istintaqının başlanılması və dövlət komissiyasının yaradılması çağırışını edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq və gerb olacaq
Elmə əsaslanan tənzimləmə siqaret çəkənlərin seçimlərini yaxşılaşdırır
Azərbaycan MDB-nin sədrlik troykasına daxil oldu
Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
Çavuşoğlu Bakıda sülhün yalnız müharibə ilə bitmədiyini vurğuladı
Məktəblərin ödənişli olması və repetitorluğun ləğvi müzakirə edilir
Vaşinqtonda milyoner vergisi ləğv edilə bilərmi?