08.10.2026 - 14:38
Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
Siyasət 177 baxış

Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür

Publika.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan saxlanılan Azərbaycan əsgəri ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Bakı həmin əsgərin ekstradisiyasını tələb etmir.

Paşinyan brifinqdə bildirib ki, ekstradisiya məsələsi gündəmdə deyil və bu barədə heç bir müzakirə aparılmır. “Azərbaycan heç bir tələb irəli sürmür və cinayət işini özü başlatdı. Bakı bu işi araşdırmaq istəyə bilər, lakin əsgər Azərbaycana gedərsə, o, evə göndərilməyəcək, məhkum ediləcək”, – deyə o qeyd edib.

Ermənistanın hökumət başçısı əlavə edib ki, saxlanılan əsgərin Ermənistanda ömürlük qalacağına dair bir şey deyə bilməz. Hazırda istintaq prosesinin davam etdiyini və məhkəmənin keçirilməsinin gözlənildiyini vurğulayıb. Bu proseslərdən sonra isə hökm çıxarılacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: