09.10.2026 - 12:18
Azərbaycan MDB-nin sədrlik troykasına daxil oldu
Siyasət 325 baxış

Azərbaycan MDB-nin sədrlik troykasına daxil oldu

Baku.ws-ın “Report”a istinadən verdiyi məlumata görə, Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində sədrlik vəzifəsi 2027-ci ildə Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək. Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik troykasını təşkil edir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə MDB-yə sədrlik edəcək. Ötən illərdə Ermənistan-Azərbaycan münaqişəsi bu vəzifəni Azərbaycanın üzərinə götürməsinə mane olmuşdu.

Beləliklə, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və MDB çərçivəsində sədrlik vəzifələrini icra edəcək.

Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçəcək və təşkilatın Zirvə görüşü ölkəmizdə baş tutacaq. 2028-ci ildə isə Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: