Türkiyəyə göndərilən daha 4 qazi sağalaraq Vətənə geri dönüb - Foto
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb.
Bu barədə Fonddan məlumat verilib. Sağalaraq Vətənə geri dönən qazilər aşağıdakılardır:
1. Nurəliyev Rauf Bəhman oğlu
2. Musayev Gündüz Sabir oğlu
3. Abdurrəhmənov Nicat İlqar oğlu
4. Muradov Turan Xudat oğlu
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 56 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xüsusi qayğıya ehtiyac olan uşaqlar üçün - İLK
“Ailədən bir nəfər maaş alırsa, digər üzvlərə yardım olmayacaq”
Nazirlik: 400-dən çox şəhid polisin vərəsələri birdəfəlik ödəmə ala biləcək
Fəxri adı olanlar hər ay bu qədər təqaüd alacaq
Qəddar valideynlərlə iş aparılacaq - RƏSMİ