“Türkiyəyə dərs vermək heç kimin həddinə deyil”
“Tür
kiyəyə dərs vermək heç kimin həddinə deyil”.
“Minval.info” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən geri dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan 10 ölkənin səfirlərinin Türkiyədə “Gəzi Parkı” hadisələrinə görə həbsdə olan iş adamı Osman Kavala ilə bağlı yaydıqları bəyanata da münasibət bildirib.
“Avropa İnsan Haqqları Məhkəməsi bir qərar verib. Sorosun artığı olan bu Kavala ilə bağlı Türkiyəni burada mühakimə etmək istəyirlər. 10 səfir bu açıqlamanı niyə verib?! Bu Soros artığını müdafiə edənlər onu necə azad edə bilərlər deyə çalışırlar. Xarici işlər nazirimizə bildirmişəm ki, onları ölkəmizdə qəbul etməyə məcbur deyilik. Türkiyəyə belə bir dərs vermək sizin həddinizədirmi? Siz kimsiniz?
Siz öz ölkənizdəki quldurları, qatilləri, terrorçuları azadlığa buraxırsınız? Amerika, Almaniya, hansı bu günə kimi belə bir addım atıb? Etməyiblər və etməzlər”, – deyə Türkiyə Prezidenti qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ