Türkiyəyə aparılan Mirmahmud Mirəlioğlunun vəziyyəti necədir?
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun vəziyyəti stabil olaraq qalır.
Bu barədə Qaynarinfo-ya sədrin qardaşı Mirfayaz Fəttayev bildirib.
Qardaşı bildirib ki, Mirmahmud Mirəlioğlu hazırda Türkiyədə xəstəxanadadır: “Sistemli müalicə aparılır, amma gəzə bilmir. Həkimlər onun hərəkətinin yavaş-yavaş bərpa olunacağını deyib”.
Mirmahmud Mirəlioğlunun Bakıya dönməsinə gəlincə, Mirfayaz Fəttayev deyir ki, bu barədə heç bir müzakirə aparılmayıb: “Onun Bakıya dönməsi aparılan müalicələrin nəticəsindən asılı olacaq”.
Qeyd edək ki, bir müddət bundan öncə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranıb. Bununla bağlı partiya sədri Türkiyənin Ankara şəhərində xəstəxanaya yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə-İsrail gərginliyi: Suriyada toqquşma riski artır
Kadırovdan saqqal və çadra çağırışı: Dəyişim!
Sinqapur baş nazirinin maaşı 60% artdı
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
