Türkiyə Prezidenti: “Suriyada İŞİD yoxdur”
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.
Onun sözlərinə görə, Suriyada terror dəstələri var: “Hamı Suriyada öz mənfəətini güdür. Biz Türkiyənin ərazi bütövlüyünü qorumaq üçün meydana girdik, risk etdik. Bu terror qrupuna zərbə vurduq. Biz bölgəmizdəki İŞİD şarını partlatdıq. İslamın başındakı ən böyük dərdlərdən birini çökdürməyi bacardıq. Dünyanı qorxutmaq üçün davamlı olaraq böyüdülən İŞİD-in necə bir layihə olduğu Türkiyə meydana girdikdən sonra məlum oldu. Suriyada İŞİD yoxdur. Sadəcə, onun görüntüsü altında bir neçə kiçik dəstə var. Türkiyə olaraq bu dəstənin qalıqlarını əl-ələ verərək bir neçə ay içində tamamilə aradan qaldıracağımızı vəd edirik”.
Türkiyə Prezidenti həmin dövlətlərin bölgədə daha çox neftlə bağlı maraqlarının təmin olunması uğrunda mübarizə apardıqlarını, onların terrorçu PKK qruplaşmasının Suriyadakı qolları ilə birlikdə olduqlarını da vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
