Türkiyənin f-16 qırıcıları estoniyada: NATO missiyasının əhəmiyyəti nədir?
Türkiyə Silahlı Qüvvələrinə aid beş F-16 qırıcısı, NATO-nun Genişləndirilmiş Hava Polisliyi missiyası çərçivəsində Estoniyada vəzifəyə başlayıb. Bu addım, Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqində açıqlanıb.
Minval.info xəbər verir ki, döyüş təyyarələri və onları müşayiət edən heyət iyulun 31-də Estoniyaya çatıb. Missiya avqustun 1-də start götürüb və noyabrın 30-na qədər davam edəcək.
Türkiyə Milli Müdafiə Nazirliyi, həmçinin, yerli və milli müdafiə sənayesi məhsulları ilə Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib. Bu çərçivədə TAYFUN raket sistemləri, MPT-76 piyadə tüfəngləri və Hərbi Hava Qüvvələrinə HGK-84, LGK-82/84 idarəetmə kitləri və SOM-B1T sursatı təhvil verilib.
Bundan əlavə, son bir həftə ərzində Türkiyə sərhədlərini qanunsuz keçməyə çalışan 490 nəfərin saxlanıldığı və 924 nəfərin isə qarşısının alındığı qeyd olunub. Bir PKK üzvünün də təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş