Türkiyə klubu “Sumqayıt”ı darmadağın etdi – 7:0
2018/2019 futbol mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, Nazim Süleymanovun baş məşqçisi olduğu Azərbaycan komandası Türkiyə Superliqası təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.
Topuk Yaylası idman kompleksinin stadionunda yerli saatla 16:00-da start götürmüş qarşılaşma komandamızın 0:7 hesablı darmadağını ilə nəticələnib.
Qeyd edək ki, 19-cu dəqiqədə “Sumqayıt”ın qolkiperi rəqibin braziliyalı hücumçusu Bobonun zərbəsini dəf edib. Bundan beş dəqiqə sonra isə Əfran İsmayılov penaltidən yararlana bilməyib. Onun zərbəsi kənara gedib.
Xatırladaq ki, “Sumqayıt” bundan əvvəl Qətərin “Əl-Şəhaniyə” komandası ilə heç-heçə etmişdi – 1:1.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Argentina millisi Qəzzaya görə İsraillə oyundan imtina etdi
"Liverpul" və 1xBet əməkdaşlıq müqaviləsini bağlayıblar
Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”da – Video
Hər kəs 63 yaşlı nənə və 18 yaşlı nəvəsindən danışır - FOTOLAR
Dani Alves dünya rekordunu yeniləyib