Türkiyə Ermənistana şərt qoydu
Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır – Azərbaycanın işğal olunmuş əraziləri azad olunanadək münasibətlərin normallaşmasından söhbət gedə bilməz.Minval.info-nun məlumatına görə, bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.
Qeyd olunub ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdə saxlayacaq:
“Əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, tez bir zamanda Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir”.
Administrasiyadan həmçinin bildiriblər ki, Ermənistan Türkiyəyə qarşı 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir.
Qeyd olunub ki, Ermənistanın arxivlərin açılması və birgə komissiyanın yaradılması barədə Türkiyənin təklifindən imtina etməsi Türkiyə tarixində heç bir “erməni soyqırımı”nın olmadığını təsdiq edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!