Türkiyədə sensasion hadisə: ATƏT-in 10 “müşahidəçisi” saxlanıldı
Türkiyədə 27-ci çağırış millət vəkilləri və prezident seçkiləri zamanı qeydiyyatı olmayan, amma özlərini ATƏT-in beynəlxalq müşahidəçisi kimi təqdim edən 10 əcnəbi saxlanılıb.
Minval.info xəbər verir ki, həbs edilənlərdən 3-ü fransız, 3-ü alman, 4-ü isə italiyalıdır.
Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, fransız müşahidəçilər Ağrıda, alman müşahidəçilər Şırnakda, italiyalı müşahidəçilər isə Diyarbəkir və Batmanda saxlanılıb.
Seçkiyə müdaxilə səbəbindən Türkiyə Daxili İşlər Nazirliyi saxlanılan əcnəbilərlə bağlı araşdırmalara başlayıb.
Bu şəxslərin seçkilərlə bağlı akkreditasiyadan keçmədiyi və ATƏT-in müşahidəçiləri olmadığı halda özlərini əcnəbi müşahidəçi kimi təqdim etmələri müəyyən olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı