Türkiyədə öldürüldüyü deyilən azərbaycanlı aktyor sağ imiş
Xəbər verdiyimiz kimi, dünən İstanbulda yaşayan soydaşımız, aktyor Kamran Dadaşzadənin başından güllə yarası alaraq öldürülməsi barədə xəbərlər yayıldı.
Bakupost.az -ın məlumatına görə, aktyorun ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıçı Aygün Həsənoğlu Lent.az-a bildirib ki, Kamran Dadaşzadə hazırda Cərrahpaşa xəstəxanasında reanimasiya şöbəsindədir.
“Adətən, bu cür cinayət hadisələrində xəstəxanalar məlumat vermirlər. Ailəsi bizə bildirib ki, Kamran Dadaşzadənin beyin ölümü gerçəkləşib. O hazırda cihaza bağlı vəziyyətdədir. Həkimlər son ümid kimi bir dərmandan istifadə ediblər. Bu gün dərmana reaksiya verib-verməyəcəyi məlum olacaq. Reaksiya verərsə, onun yaşayacağına ümid yaranacaq. Möcüzə gözləyirik”,- deyə Aygün Həsənoğlu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi