Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb:
Fonddan “Minval.info”ya bildirilib ki, həmin şəxslər aşağıdakılardır:
1. Əmrahov Ruslan Rəşid oğlu
2. Mikayılov Ruzigar Namiq oğlu
3. Ələkbərov Seymur Eyvaz oğlu
4. Salayev Namiq Həsən oğlu
5. Şirəliyev Mehman İbrahim oğlu
Beləliklə, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Qeyd olunub ki, onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 35 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
