22.07.2021 - 16:09
Sosial
1 baxış
Türkiyədə müalicə olunan altı qazi sağalaraq Vətənə döndü

Türkiyəyə göndərilən daha 6 qazimiz sağalaraq Vətənə geri dönüb.
Minval.info xəbər verir ki, ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb:
1. Quliyev Adil Şahbaz oğlu
2. Əliyev Ruslan Mustafa oğlu
3. İlkin Rüstəmli Elçin oğlu
4. Əliyev Qismət Nəsib oğlu
5. Ağaşov Qulu Rövşən oğlu
6. Vəçhiyev Çingiz Məmməd oğlu
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 62 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçılardan fərqli açıqlamalar
29.07.2021 - 15:22
"Sosial müavinətlərin məbləği artacaq" - Nazir
27.11.2018 - 16:48
Karantin cərimələrini ödəməyənləri nə gözləyir? - Açıqlama
14.05.2020 - 15:04
Ağacların kəsilməsi nəzarətə götürüldü
06.09.2021 - 13:09
MİDA-nın güzəştli mənzillərini kimlər alıb? - CƏDVƏL
28.09.2022 - 14:16
Bu ərazilərdə qaz kəsiləcək
09.09.2019 - 10:53
Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"
17.10.2019 - 11:34
Avropanın 3 ölkəsindən 85 azərbaycanlı deportasiya olunub
07.07.2021 - 15:10