Türkiyədəki qəzada ölən Qəmər nişanlı imiş...
Xəbər verdiyimiz kimi, ötən gün Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobusun Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində aşması nəticəsində iki azərbaycanlı həlak olub.
“Qafqazinfo”nun məlumatına görə, qəza nəticəsində həlak olanlardan Qəmər Niyazova Şərur rayonunun Dizə kənd sakinidir.
2002-ci il təvəllüdlü Qəmər, atası ilə Türkiyəyə gedirmiş. Evin yeganə övladı olan Qəmər nişanlı imiş.
Hadisə nəticəsində həlak olan 1961-ci il təvəllüdlü Fazilə İsmayılova da Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakinidir. Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək.
Qeyd edək ki, qəza zamanı avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var