Türkiyədə beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan silahları

Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan stendi sərgi iştirakçıları və ziyarətçilərin böyük marağına səbəb olub.
“Minval.info” “Report”un Türkiyə bürosuna istinadən xəbər verir ki, 50-dən çox ölkə, 1000-dən artıq şirkətin qatıldığı sərgidə Azərbaycana məxsus yerli istehsal nümunələri olan müasir texnologiyalara aid müxtəlif növ silah-sursat nümayiş olunur.
Xarici nümayəndələr tərəfindən yüksək qiymətləndirilən Azərbaycan müdafiə sənayesi məhsulları, digər xarici şirkətlərin rəhbərlikləri tərəfindən əməkdaşlıq təkliflərinin əsas mövzusu olub.
Qeyd edək ki, dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.
Xatırladaq ki, sərgi avqustun 17-20-də İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir