Tramp: "Əsədə böyük yaxşılıq etdik"
Biz kimin üçün İŞİD-çiləri öldürürük? Rusiyanın, İranın, Suriyanın ən pis düşməni İŞİD terror təşkilatıdır. Dolasıyla, bizimlə hər zaman eyni fikirdə olmayan insanlar üçün İŞİD üzvlərini öldürürük.
Axar.az xəbər verir ki, bu sözləri Menbiçdə ölən amerikalı əsgərlərin ailələri ilə görüşdən əvvəl açıqlama verən ABŞ Prezidenti Donald Tramp deyib. O, mərhum əsgərlərin ailələri ilə görüşün çətin olduğunu bildirərək, onların İŞİD-in məğlub edilməsində önəmli rol oynadıqlarını söyləyib.
Özünün rəhbərliyi ilə terror təşkilatına qarşı ciddi uğura imza atıldığını söyləyən Tramp İŞİD-in məğlub edilməsi ilə Bəşər Əsədə böyük yaxşılıq etdiyini bildirib.
“Rusiya, İran, Suriya, İraq və digər ölkələr üçün İŞİD-çiləri öldürürük. Artıq öz adamlarımızı evlərinə gətirmək istəyirik. Bunu seçim kampaniyamdan bəri söyləyirəm”, – Tramp bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!