"Tramp ölümcül səhvlərə yol verib" – İrandan sensasion açıqlama
ABŞ Prezidenti Donald Trump ölümcül səhvlərə yol verib və çıxılmaz vəziyyətə düşüb.
Minval.info xəbər verir ki, bu fikirləri İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezai “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada səsləndirib.
Rezai bildirib ki, ABŞ prezidenti yanlış qərarları nəticəsində “çarəsiz adam oyunu” vəziyyətinə gəlib.
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
O, həmçinin ABŞ-nin İranın infrastrukturuna və ölkədəki zəvvarlara qarşı mümkün hücumlarla bağlı səsləndirilən təhdidlərini tənqid edib.
“İranın infrastrukturuna ediləcək hər hansı hücuma cavabımız son dərəcə sərt olacaq”, – deyə Rezai vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp İranla bağlı hərbi əməliyyatların yenidən başlanması ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. ABŞ lideri əvvəlki əməliyyatlardan daha genişmiqyaslı zərbələrin endirilməsini də istisna etməyib.
Britaniya baş naziri: Brexit sazişinin yenidən baxılması birləşdirici ola bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir
İrlandiyanın məşhur musiqiçisi Dónal Lunny vəfat edib
Hakan Fidan: İsrailin hərəkətləri beynəlxalq güvəni azaldır
Avropa müharibəyə hazırlaşmalıdır: iqtisadiyyat və təhlükəsizlik
Paşinyandan AİB ölkələrinin təhdidinə reaksiya: Mövqeyim dəyişməyib