15.11.2018 - 22:32
Dünya
20 baxış
Tramp Gülənin ekstradisiyasına göstəriş verdi

ABŞ Prezidenti Donald Tramp FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasına qərar verib.
Minval.İnfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri artıq qanuni yolların araşdırılması üçün FTB, Ədliyyə və Daxili İşlər Nazirliklərini təlimatlandırıb.
Trampın bu addımı jurnalist Camal Qaşıqçının qətlindən sonra baş vermiş hadisələr fonunda atdığı bildirilir. Bununla ABŞ-ın Türkiyənin Səudiyyə Ərəbistanına təzyiqlərini yumşaltmaq istədiyi iddia edilir.
Tramp hökuməti və Türkiyə tərəfi Gülənin ekstradisiyası baş tutmayacağı halda Cənubi Afrikaya göndərilməsi ilə bağlı müzakirələr də aparıb.
Qeyd edək ki, F.Gülən 1990-cı illərdən Pensilvaniyada yaşayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31