Toy gecəsi həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürdü — TƏFƏRRÜAT
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.9-cu maddəsi ilə məhkum olunan Həsənov Ramil Rafiq oğlunun məhkəmə prosesinə hakim Teyyub Muxtarov sədrlik edəcək.
Ötən ilin sentyabr ayında Daşkəsən rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.
Rayonun Bayan kəndindən verilən məlumata görə, Ramil Həsənov həyat yoldaşını yaxın qohumunun toy gecəsi qətlə yetirib.
“Onlar evlənəndən sonra Bakıda yaşayırlar. Neçə vaxt idi Könül kənddə idi. Könülün əmisi oğlunun toyu idi. Toydan bir gün əvvəl də Ramil kəndə gəlib. Toy başa çatandan sonra bunlar öz evlərinə gedib. Deyilənə görə, toydan sonra gecə aralarında mübahisə olub və Ramil Könülü öldürüb. Ondan sonra da gedib polisə təslim olub. Deyib ki, arvadımı öldürmüşəm”.
Kənd sakinləri deyir ki, Ramil Həsənovun səhhətində heç bir problem olmayıb: “Sağlam adamdır. Bir oğlan övladı da var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 3600 illik döyüşçü məzarı tapıldı
Mersin limanında 350 kq kokain ələ keçirildi
Sosial şəbəkədə porno video yayanlar saxlanıldı
Bakının Xətai rayonunda yollar bağlandı!
Qusarda kəsici alətlə təxribat: 22 yaşlı şəxs saxlanıldı
Geyimlərdəki kimyəvi maddələrdən allergiya riski!
Rotenberq geri döndü: FSB-də "kiçik çevriliş" baş verir
