Toy edən ailələrin evlərini qarət edən qohumlar saxlanıldı - VİDEO

Minval.İnfo “Xəzərxəbər”ə istinadən xəbər verir ki, 29 yaşlı Eşqin Hüseynov və onun dayısı oğlu, 27 yaşlı Anar Cəfərli Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Onlar bu ilin aprelindən avqust ayına kimi rayonun müxtəlif yerlərində 6 evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər.
Məlum olub ki, həmin şəxslər toy edən ailələri hədəf seçiblər. Belə ki, E. Hüseynov və A. Cəfərli toy edən ailələrin üzvləri evdə olmayanda, mənzilləri qarət ediblər. Götürdükləri qızıl-zinət əşyalarını Tovuzda satıblar, pulu aralarında bölüblər.
Saxlanılan E. Hüseynov etiraf edib ki, girdiyi evlərin bəzilərində usta işləyib. Bu səbəbdən evin nə vaxt boş qalacağını yaxşı bilib. Plan qurub və qohumunu da əməlinə ortaq edib.
Faktlarla bağlı araşdırma davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir