Tovuzda evlərdən yarım milyonluq qızıl oğurlayan dəstə saxlanılıb
Tovuz rayon Polis Şöbəsinə cari ilin aprel ayında rayonun Əyyublu kənd sakininə məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin qeyri-qanuni yolla daxil olaraq oradan nağd pul və külli miqdarda qızıl-zinət əşyaların oğurlaması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Minval.info-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakinləri- Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər fərdi yaşayış evinə qeyri qanuni yolla daxil olaraq oradan 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını əridərək külçə halına salmış, daha sonra Bakı şəhərinə apararaq satıblar. Saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula hətta avtomobil belə alıblar.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtomobil süpürgəçi qadını vurub öldürdü - Foto 18+
İcazəsiz ov edən 12 nəfər saxlanılıb
Xətaidə "səliqəli" mənzil oğrusu SAXLANILIB - FOTO
Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü
Bakıda dəhşətli hadisə: Sevgililərin hamamda meyiti tapıldı
Təranə Səmədova polisə müqavimətə görə cərimələndi
Bakıda intihar etmək istəyən gənc belə xilas edildi – Video