"Toppuş bacı"nın daha bir yalanı — 5 il əvvəl...
“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyevanın daha bir yalanı üzə çıxıb.“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, aktrisa təxminən beş ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Məhz həmin ərəfədə o, mədəkiçiltmə əməliyyatı üçün Fərid Rəfiyev adlı bariatrik cərraha müraciət edib. Ancaq F.Rəfiyev aktrisaya onkoloji xəstəlikdən əziyyət çəkən şəxs üçün belə bir əməliyyatın əks-reaksiyaya səbəb olduğunu bildirərək, bu əməliyyatı boynuna götürməkdən imtina edib. T.Əliyeva sonradan Tariyel Ömərov adlı həkimə müraciət edib və mədəsini kiçiltməyə nail olub.
Qeyd edək ki, T.Əliyeva televiziyadakı çıxışlarında və mətbuatda verdiyi açıqlamalarda xəstəliyinə səbəblərdən biri kimi mədəkiçiltmə əməliyyatını göstərirdi. Halbuki aktrisa mədəkiçiltmə əməliyyatı keçirərkən onkoloji xəstəlikdən əziyyət çəkdiyini bilirmiş. Ancaq özü əks-göstəriş olduğunu bilə-bilə mədəkiçiltmə əməliyyatına razılıq verib.
Xatırladaq ki, aktrisanın digər yalanı “Bizimləsən” verilişində keçirilən aksiyayla bağlı olmuşdu. Pulu xəstəliyi üçün yığdığını deyən aktrisa sonradan ipoteka borcunu bağlamaq niyyətində olduğunu etiraf etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal