“TOPAZ”-dan 85 manat oğurladı - Həbs edildi
Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Topaz” mərc oyunları məntəqəsindən oğurluq edilməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Minval.İnfo xəbər verir ki, hadisə yerinə gələn Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin məntəqədən 85 manat pul, 6 ədəd televizor, 2 ədəd noutbuk və müşahidə kamerasının yaddaş kartının oğurlandığı müəyyən edilib.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Rəşidov olduğu məlum olub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir