Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib.
“Minval.info” xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonun uzun müddətli aclıq aksiyası nəticəsində aşağı ətrafları iflic olub. O, həbs cəzası zamanı digər dustaq yoldaşları ilə birlikdə aclıq aksiyası keçirib. Aksiya 432 gün davam edib. Velozo sağ qalan yeganə məhbus olub, sonda onu yeməyə məcbur ediblər.
Aksiya nəticəsində Sebastyan Rodriqes Velozonun bəzi daxili orqanları da zədələnib. Velozo 1996-cı ilin əvvəlində həbsxanadan buraxılıb və üzgüçülüklə məşğul olmağa başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!