Tofiq Yaqublu saxlanıldı
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb.
“Minval.info” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi öz feysbuk hesabında yazıb. O bildirib ki, evin ətrafında atasının hara aparıldığı barədə heç bir məlumat yoxdur.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb: “Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq”.
Qeyd edək ki, bir sıra ictimai fəal və partiya nümayəndələri bu gün Milli Məclisin qabağında aksiya keçirmək üçün sosial şəbəkələrdə çağırışlar etmişdi. Daxili İşlər Nazirliyi isə hər hansı razılaşdırılmamış aksiyanın qarşısının alınacağına dair əvvəlcədən xəbərdarlıq etmişdi.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə-İsrail gərginliyi: Suriyada toqquşma riski artır
Kadırovdan saqqal və çadra çağırışı: Dəyişim!
Sinqapur baş nazirinin maaşı 60% artdı
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır