06.08.2026 - 18:41
Gündəm 191 baxış

836 min manatlıq şantajın sonu: “Beniz” ləqəbli tiktokerə ağır cəza kəsildi

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəmə prosesi yekunlaşıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Məhkəmənin qərarı ilə A.Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı əvvəlki iclasda təqsirləndirilən şəxsə 11 il həbs cəzası verilməsini istəmişdi.

Aybəniz Xəlilova barəsində cinayət işi sabiq sevgilisi X.Kərimovun Suraxanı Rayon Polis İdarəsinə etdiyi şikayət əsasında qaldırılıb. Zərərçəkən şəxs tiktokerin ondan hədə-qorxu yolu ilə 836 min manat tələb etdiyini bildirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə — təkrarən və xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanılmışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: