TikTok reklamları ilə aldatdı: daşınmaz əmlak dələduzuna 8 il həbs
Bakı Ağır Cinayətlər Məhkəməsində Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Minval.info xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Məhkəmə qərarına əsasən, Daşqın Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İddialara görə, Bakıda fəaliyyət göstərən bir alqı-satqı şirkəti “TikTok” reklamları vasitəsilə vətəndaşları aldadıb. Vətəndaşlar mənzil sahibi olmaq ümidi ilə pullarını bu şirkətə yatırıb, lakin nəticədə əllərindəki vəsaitləri itiriblər. Tanınmış bloqerlərin də iştirak etdiyi bu reklam kampaniyaları nəticəsində ümumi ziyan 378 min manat təşkil edib.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Daşqın Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunub. Bu maddə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməyi nəzərdə tutur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir