“The Wall Street Journal”: “Anti-İran sanksiyalarının sadəcə bir dövlətə xeyri var"
“Yeni anti-İran sanksiyalarının əsl qazananı bəlli oldu. Bu da Rusiyadan başqası deyil”.
Musavat.com xəbər verir ki, bu fikir “The Wall Street Journal” qəzetinin yazarı Benua Fakonun məqaləsində yer alıb.
Müəllif ABŞ-ın rəsmi Tehrana qarşı tətbiq olunan sanksiyalardan sonra Avropa və Asiyann neft emal zavodlarının yeni qaynaqlara yönləmək məcburiyyətində buraxıb.
Bundan isə Rusiya şirkətləri yararlanıb və yaranan boşluğu doldurublar.
Yeni sanksiyalar nəticəsində Rusiya İranın bazarını da ələ keçirib. Məlum olduğu kimi, Rusiya və İran nefti oxşar markaya sahibdirlər. Bu da neft emalçılarını asanlıqla üzlərini şimala döndərməsinə gətirib çıxarıb.
Benua Fakonun rəyinə görə, rəsmi Moskva eyni zamanda ABŞ sanksiyaları ilə hesablaşmadığını elan edərək Tehranı batmaqdan xilas edir. Belə ki, ruslar İran neftini barter yolu ilə alaraq onu daxili istehlaka yönəldir. Bunun sayəsində rus nefti daha əlverişli qiymətlərlə dünya bazarına çıxarılır.
“Rusiya “həm bizə, həm də sizə” prinsipi ilə oynayır”, – Kanadanın RBC broker firmasından Həlimə Kroft müəllifə danışıb.
“Moskva gündə 100 min barel İran neftini alacağını çəkinmədən bildirir. Bunu əvəzinə isə Rusiya İrana neft avadanlıqları və ərzaq məhsulları verir. Üstəlik, rus şirkətləri İran neftinə ciddi sərmayələr qoyurlar. Bu mənada Rusiyanın əli ABŞ-dan çox asılı olan Qərb şirkətlərinə nisbətən çox rahatdır. Çünki Rusiyanın özü zatən Vaşinqtonun sanksiyası altındadıır”,- deyə Benua Fakon qeyd edir.
Məqalədə yazıldığı kimi, Rusiya bu il gündə yarım milyon barel neft çıxararaq 30 illlik rekordu təzələyib. Bu məhsulların bir hissəsi İran neftini almağa qorxan Qərb şirkətləri tərəfindən əldə olunur. Məsələn İtaliyanın “SpA” və “Saras SpA” neft emal şirkətləri İranla bağlı ziyanı örtmək üçün Rusiyanın “Urals” markalı neftini daha çox almağa başlayıb.
“Eni” və “Saras” nümayəndələri bu barədə susmağa üstünlük versələr də Rusiya şirkətlərinin gəlirlərini şişməsindən bunu aşkar görmək olar,”-məqalədə bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Etirazçılar Ermənistan-Gürcüstan yolunu kəsib, Paşinyanı tələb etdilər
Dünyada koronavirus qurbanlarının sayı 650 mini ötüb
Kral ailəsi bir neçə media qurumunu məhkəməyə verdi
Saakaşvili Ukraynada izdihamla qarşılandı - Video
Putin özünün və Medvedevin maaşını artırdı
Bill Qeyts: “Dünya yeni pandemiyaya hazır deyil”
CNN: Trampın dostu koronavirusdan ölüb