Tennisçilərimiz Vətənə çempion kimi qayıtdılar
14-24 iyul tarixlərində Ruminyada təşkil olunan, 44 Avropa ölkəsindən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi gənclərin Avropa Çempionatı başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, stolüstü tennisçilərimiz çempionatda 2 qızıl və 2 gümüş medal qazanıblar.
Belə ki, Azərbaycanın qızlardan ibarət yığması komanda hesabında I yer tutaraq qızıl medalın, qoşa oyunlarında isə oğlan və qız idmançılarımız II yer tutaraq gümüş medalın sahibi olublar.
Qeyd edək ki, bu, tennisçilərimizin indiyədək göstərdiyi ən yüksək nəticədir.
Stolüstü tennisçilərimiz bu gün səhər Vətənə qayıdıblar.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan yığmasını Stolüstü Tennis Federasiyanının nümayəndələri, idmansevərlər qarşılayıblar.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir