Telman İsmayılov məşhur müğənnini girov saxlayıb – İstintaq
Məşhur müğənni Avraam Russonun 2004-cü ildə oğurlanması ilə bağlı araşdırma yekunlaşıb.
Oxu.Az “Kommersant”a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi müğənninin Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov və ona kömək etmiş iki fiqurant – Zaur Mərdanov və Vladimir Qusakov tərəfindən təşkil olunduğunu açıqlayıb.
Qurumun məlumatına əsasən, İsmayılov 2004-cü ilin yanvar ayında Russonu aldadaraq Moskvadakı “Praqa” restoranına gətirib. Sonradan onu ikinci mərtəbədə yerləşən öz kabinetinə çağırıb, “digər şəxslərlə birlikdə zor gücünə otaqda saxlayıb, ona fiziki xəsarətlər yetirilib”.
“Daha sonra İsmayılov Avraam Russodan bütün konsertlərini ləğv emtəyi və onun şərtləri əsasında estrada fəaliyyəti aparması üçün müqavilə bağlamağını tələb edib”, – deyə qurumun məlumatında deyilir.
Ardınca yuxarıda qeyd olunan iki fiqurant “zərərçəkəni zor gücünə avtomobilin arxa oturacağına əyləşdirib” İsmayılovun Moskvanın şəhərkənarındakı evinə aparıblar. Russo tələblərə razılaşana qədər İsmayılovun evində bir neçə gün saxlanılıb.
Qurumun məlumatına görə, bunu sübut edən kifayət qədər dəlil toplanaraq, Baş prokurorluğa göndərilib. Digər iştirakçılara qarşı ayrıca təhqiqat aparılır. Təqsirləndirilən şəxslər, o cümlədən T. İsmayılovun beynəlxalq axtarışı davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!