Telefon proqramı ilə həm özünə sevgili tapır, həm də pulsuz səyahət edir – VİDEO, FOTOLAR
Çoxunuz yəqin gözəl bir istirahətə yox deməz.
Gündəlik yorucu həyatdan uzaqlaşmaq, yeni yerlər görmək, yeni insanlarla və adətlərlə tanış olmaq, bunları hər birimiz ömürümüzdə ən az bir dəfə xəyal etmişik. Lakin real həyatda qarşılamalı olduğumuz öhdəliklər bu kimi xəyalların gərçəkləşməsinə əngəl törədir.
Minval.İnfo xəbər verir ki, Belçikadan bir oğlan bu xəyalı gərçəkləşdirmənin asan yolunu tapıb.
IV kurs tələbəsi olan Antoni Botta “Tinder” proqramının köməyi ilə qonşu şəhərlərdən və digər ölkələrdəki qızlarla tanış olur və səyahət edir.
Antoni onlara özünün hazırladığı qısa bir video rolik göndərir və bu video rolikdə özü haqqında və məqsədi haqda məlumat verir və qarşı tərəfə Belçikaya səfər edəcəyi halda öz evində qonaq edəcəyini bildirir.
ƏLAQƏLİ
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Beləliklə Antoni bu yolla (özü bu üsulu Tindersurfing adlandırır) 8 ölkəni gəzib və gəzməyə davam edir. Üstəlik o, qalmaq üçün yer pulu və gəzinti üçün tur rəhbərinə pul ödəmir. Adətən proqram vasitəsilə görüşdüyü qızlar onu öz evlərində qonaq edir, gəzintiyə çıxarır, hətta yeməklərə belə qonaq edir.
Çox az pulla səyahətə çıxan gənc səyahətdə olduğu 2 ay ərzində 20-yə yaxın qızla görüşüb. O, hətta bir çox qadından qalması və qonaq olması üçün təkliflər aldığını deyir.
Belçikalı səyahətini videoya çəkərək “Youtube” şəbəkəsində paylaşır. O, videoları çəkərkən çox diqqətli davranmağa çalışır, çünki bu videoları ilk olaraq anası izləyir. Anası razılıq verdikdən sonra videoları paylaşır.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Xəyalındakı qızı axtaran Antoni hələ ki, istədiyinə nail ola bilməyib.
Həvəslənərək “bəlkə mən də yoxlayım” deyənlərin nəzərinə – Antoni “Tinder” proqramının ödənişli versiyasından istifadə edərək bunlara nail olduğunu deyib.
Tamerlan Mehdi
Minval.İnfo
https://www.youtube.com/watch?v=l12HI6E-er8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Coni nadir xəstəlikdən əziyyət çəkir?
Gündə 30 dəqiqəlik vərdiş onu 48 kilo arıqlatdı - İnanılmaz dəyişiklik
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı

