06.10.2026 - 11:33
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Maraqlı 1 baxış

30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı

ABŞ-də maraqlı bir hadisə baş verib. Bir kolleksiyaçı, sadəcə 30 dollara aldığı rəsm əsərini hərracda 1,35 milyon dollara sataraq böyük bir sərvət əldə edib.

Minval.info xəbər verir ki, bu əsər Çikaqolu rəssam Gertruda Aberkrombinin 1951-ci ildə ərsəyə gətirdiyi “Alderman Merriam’s Balıqqulağı” adlı əsəridir. İncəsənət nümunəsi 1952-ci ildə tibbi xidmət müqabilində Miçiqan ştatının Kalamazu şəhərindəki bir həkimə verilmişdi və 1953-cü ildə Çikaqo Dizayn Mərkəzində nümayiş etdirilməzdən əvvəl ABŞ-ın bir neçə şəhərində sərgilənmişdi.

Zamanla itkin düşən əsər, Kalamazuda vinil valları axtaran bir kolleksiyaçı tərəfindən təsadüfən tapılıb. O, əsəri mebellərin arasında görüb və arxasındakı imzanı tanıdıqdan sonra cəmi 30 dollara əldə edib.

Bu satışla birlikdə rəssam Aberkrombinin əsərləri üçün yeni hərrac rekordu qeydə alınıb. Mütəxəssislər əsərin, rəssamın sürrealizmə keçid etdiyi dövrdə karyerasında mühüm bir dönüş nöqtəsini əks etdirdiyini bildirirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: