Dağıstanda keçi sürücüyə qisas aldı
Dağıstanda maraqlı bir hadisə baş verib. Avtomobil yoluna çıxan qoyun sürüsünə siqnal verən sürücü gözlənilməz bir reaksiya ilə üzləşib. Keçi, siqnala cavab olaraq, avtomobilin qapısını əzərək sürücünü cəzalandırıb.
Minval.info xəbər verir ki, hadisənin videosu internetdə böyük maraq doğurub. Avtomobilin içərisindən çəkilən görüntülərdə yolda duran sürü və sürücünün siqnal verməsi aydın şəkildə görünür. Lakin bu siqnal keçini qəzəbləndirib və o, avtomobilin qapısını zədələyib.
Videoda sürücünün “Baxın, görün qapıya nə oldu. O keçi bunu etdi. Qapını pis günə qoydu” deyə gileyləndiyi eşidilir. Görüntülərdə keçinin buynuzlarının avtomobilin sol ön qapısında dərin izlər buraxdığı aydın şəkildə görünür.
Bu hadisə, heyvanların da qisas hissinə malik ola biləcəyini göstərir, və sosial mediada geniş müzakirələrə səbəb olub.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
Kanadada 51 il əvvəl itirilmiş pul kisəsi sahibinə geri qaytarıldı
Şakira və Amazon Music Madriddəki konserti canlı yayımlayacaq
Çində qədim dağ məktəblərində gənc döyüşçülər təhsil alır
Robbi Uilyams Peruda konsert ləğvindən sonra sürpriz performans etdi
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri