Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
ABŞ-ın Arkanzas ştatında maraqlı bir hadisə baş verib. On iki ildən artıqdır ki, almaz axtarışı ilə məşğul olan Cek Piradin, çəkisi 6,03 karat olan qiymətli daş tapıb. Bu tapıntı, parkda indiyədək tapılan ən böyük almazlardan biri hesab edilir.
Minval.info xəbər verir ki, Piradin və dostu Maykl Şumaxer, 1972-ci ildən bəri 37 mindən çox almazın tapıldığı Almazlar krateri adlı dövlət parkında süxurlar arasında axtarış aparırdılar. Tapıntı anını “TikTok” platformasında canlı yayımlayan Piradin, daşın görünməsi ilə “Biz böyük birini tapdıq!” deyə sevinclə qışqırıb.
Piradin, bu almazın kolleksiyaçılar tərəfindən 1 milyon ABŞ dolları qiymətləndirildiyini iddia edir. Bununla belə, Litl-Rokdan olan təcrübəli qiymətləndirici Laura Stenli, sarı almazın keyfiyyəti və mənşəyinə görə təqribən 250 min ABŞ dolları dəyərində ola biləcəyini bildirib.
Parkın giriş qiyməti 15 ABŞ dolları təşkil edir və ziyarətçilərə süxurlarla dolu 18 litrlik vedrələrə sahib olmaq və tapdıqları daşları özlərində saxlamaq imkanı verilir. Əksər hallarda almazların çəkisi dörddəbir karat civarındadır və bir neçə yüz dollar dəyərində olur. ABŞ tarixində 40,23 karat çəkisi ilə “Dayı Sem” kimi tanınan ən böyük almaz da bu parkda 1924-cü ildə tapılıb.
Piradin, almazın satışından əldə edəcəyi gəliri Şumaxerlə bölüşməyi və kristalların çıxarılması üzrə öz mədənini açmağı planlaşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
Kanadada 51 il əvvəl itirilmiş pul kisəsi sahibinə geri qaytarıldı
Şakira və Amazon Music Madriddəki konserti canlı yayımlayacaq