Tələbənin xaric edilməsi: Doğru yanaşma deyil!
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələyən tələbənin universitetdən xaric edilməsi qərarı müzakirə mövzusuna çevrilib. Milli Məclisin deputatı Ceyhun Məmmədov bu məsələyə münasibət bildirərək, tələbələrin təhlükəsizliyinin təmin edilməsinin və sağlam təhsil mühitinin qorunmasının vacibliyini vurğulayıb.
Minval.info xəbər verir ki, Ceyhun Məmmədov sosial şəbəkə hesabında etdiyi paylaşımda, yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənməyin doğru yanaşma olmadığını qeyd edib. O, belə sərt qərarların digər ali təhsil müəssisələri üçün presedent yarada biləcəyini və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola biləcəyini bildirib.
Deputat əlavə edib ki, xarici ölkələrin universitetlərində də hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur və cəza tədbirləri hadisənin xarakterindən asılı olaraq mərhələli şəkildə tətbiq edilir. Bu baxımdan, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri və real təhlükənin olub-olmaması hərtərəfli araşdırılmalıdır. Məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına və davranışını düzəltməsinə imkan verən mexanizmləri nəzərə almaqdır.
Ceyhun Məmmədov vurğulayıb ki, universitetlər tələbələrin təhlükəsizliyini qorumalı və zorakı davranışlara qarşı prinsipial mövqe nümayiş etdirməlidirlər. Eyni zamanda, intizam qərarları ədalətli və fərdi yanaşma əsasında qəbul edilməlidir. Universitetdən xaricetmə isə ən ağır intizam tədbirlərindən biri kimi nəzərdən keçirilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi