Tanınmış bolqar jurnalist Qarabağdakı quruculuq işlərindən yazdı

Bolqarıstanın nüfuzlu “24 Chasa” qəzetində bu ölkənin Milli Televiziyasının aparıcısı, tanınmış jurnalist Georgi Milkovun “Qarabağ – Qafqazın “qara” bağı minalardan və keçmişindən təmizlənir” sərlövhəli geniş məqaləsi dərc olunub.
Ölkəmizin Bolqarıstandakı səfirliyindən “Qafqazinfo”ya bildiriblər ki, məqalədə Qarabağın bir zaman çiçəklənən şəhərlərinin, o cümlədən Azərbaycanın rəmzi hesab olunan Şuşanın erməni işğalı nəticəsində viran edildiyi, bu ərazilərdə ermənilər tərəfindən külli miqdarda minanın basdırıldığı vurğulanır.

Vətən müharibəsi barədə məlumat verən G.Milkov 44 günlük döyüşlər zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərində heç bir hərbi infrastrukturun mövcud olmadığı ərazilərə Ermənistan tərəfindən xaincəsinə müxtəlif tipli raket zərbələrinin endirilməsi nəticəsində 26 yerli sakinin öldürüldüyünü, 130 nəfərin yaralandığını və çoxlu sayda mülki obyektin dağıdıldığını diqqətə çatdırır.
Məqalədə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri barədə ətraflı məlumat verilir, burada hava limanının, dəmir və avtomobil yollarının tikildiyi, eləcə də digər lazımi infrastruktur layihələrinin sürətlə həyata keçirildiyi bildirilir. Qeyd olunur ki, aparılan işlər bölgədə davamlı sülhün və inkişafın əsasını təşkil edir. Bu xüsusda, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının regionun bütün dövlətləri üçün faydalı olacağı vurğulanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ