Tanınmış aparıcının ailəsində qanlı dava
Tanınmış aparıcı Lalə Əlimuxtarovanın ailəsində qanlı hadisə baş verib.
Aparıcının 18 yaşlı əmisi nəvəsi Heydərov Ayxan Anar oğlu 24 yaşlı Mirzəyev Baba İsmayıl oğlu tərəfindən bıçaqlanıb.
Boğazından bıçaqlanan Ayxan 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Reanimasiyada olan zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən Baba isə qaçmağa çalışsa da, Gürcüstan sərhədində polislər tərəfindən saxlanılıb. B.Mirzəyevin əvvəllər də həbs olduğu vurğulanır.
Qeyd edək ki, Yasamalda baş verən insident qız üstündə olub. Belə ki, A.Heydərov B.Mirzəyevin xalası qızını sevirmiş. Bunu bilən Baba Ayxandan xalası qızından uzaq durmasını istəyib. Sözləri düz gəlməyən gənclər mübahisə edib və Mirzəyev özü ilə gətirdiyi bıçaqla Heydərova xəsarət yetirib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdərədə 21 yaşlı gənc minaya düşdü
Yaşıllıqlara ziyan: 43 min manatlıq itki!
Azərbaycanlı dənizçilərin həbs müddəti uzadıldı
Giorgi Baramidze dövlətə xəyanət ittihamı ilə saxlanıldı
Heyvan sövdələşməsi Şəmkirdə davaya səbəb oldu
Heyvanlara işgəncə verənlərə ağır cərimələr!
Gül bağçasında dəhşət: Ərini basdıran qadın 12 il cəza aldı