Tanınmış aparıcı “oğru aləmi” tərəfindən ÖLÜMLƏ HƏDƏLƏNDİ
Əməkdar artist Baloğlan Əşrəfovla tanınmış aparıcı Elçin Əlibəyli arasında qalmaqal getdikcə dərinləşir. Baloğlan Əşrəfovun açıqlaması hədələnən tərəfi dilə gətirib.
Saytımıza bu haqda məlumat verən E.Əlibəyli qorxub-çəkinmədiyini deyib: “Üzeyir bəyə görə başım kəsiləcəksə, qoyun, kəsilsin!”
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
O, baş verənlərə belə aydınlıq gətirib: “Məsələ əvvəllər aparıcısı olduğum “El içində” verilişində müzakirə olunub və Baloğlan Əşrəfovun dediyi fikir hamı tərəfindən qınandı, mən də tənqid etdim. Verilişdən sonra onun adı ilə bir nəfər Sankt-Peterburq nömrəsi ilə mənə zəng edib ölümlə təhdid etdi. Mən fikir vermədim. Bu gün mövzu tənqid olduğundan mən bu hadisəni nümunə gətirdim”.
E.Əlibəyli bildirib ki, həmin vaxt onu hədələyən şəxs özünü Baloğlan Əşrəfovun adamı kimi qələmə verib: “Müğənninin adından danışdı və dedi ki, “oğru aləmi”ndəndir”.
Aparıcı efirdən sonra əməkdar artistə yaxınlaşmadığını da bəyan edib: “Mən ona yaxınlaşmamışam. O, studiyada söyüşlər yağdırdı və sonra dedi ki, 6 gün komada yatdığı üçün əsəbidir. Mən səbirlə dinlədim və bunun təhdid olduğunu, buna görə məsuliyyət düşdüyünü söylədim”. Yenicag.az
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
