Badamdarda tullantı suları evlərə ziyan vurur
Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “3-cü massiv” adlanan ərazidə yaşayan sakinlər tullantı sularının həyətlərinə axmasından narazıdır. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbindən sakinlər “şambo” adlanan quyular qazdırıblar. Lakin bu quyuların vaxtında boşaldılmaması nəticəsində yığılan çirkli sular daşaraq evlərə ziyan vurur.
Minval.info xəbər verir ki, sakinlərdən Kübra Poladova yaranmış vəziyyətin evdən çıxmağı çətinləşdirdiyini və tikililərə zərər verdiyini bildirib. O qeyd edib ki, ərazidə 8 qonşu “şambo” qazdırıb, lakin heç kim quyuları təmizlətməkdə maraqlı deyil. Sakinlər problemi həll etmək üçün xüsusi avtomobilin əlaqə nömrəsini təqdim etsələr də, nəticə əldə olunmayıb. Çirkli suların borulardan axaraq birbaşa qapılarının ağzına dolması vəziyyəti daha da çətinləşdirir.
Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, məsələ ilə bağlı qurumun və Səbail Rayon Sukanal İdarəsinin məsul şəxsləri tərəfindən əraziyə baxış keçirilib və müvafiq izahat verilib. Problemin həlli üçün aidiyyəti üzrə rəsmi müraciət olunub və ünvan nəzarətə götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"