“Taliban” rəsmisi: “Qərb ölkələri yüksək ixtisaslı mütəxəssislərimizi Əfqanıstandan aparır”
“Taliban” hərəkatının rəsmisi Zəbihullah Mücahid təhsilli əfqanların Qərb ölkələri tərəfindən ölkədən çıxarılmasını qeyri-insani hərəkət kimi qiymətləndirib.
Zəbihullah Mücahid “New York Times” qəzetinə verdiyi müsahibədə bəyan edib ki, Qərb ölkələri ixtisaslı əfqan mütəxəssisləri Əfqanıstandan aparmaqla məşğuldur.
“Onlar ölkəmizin işlərinə qarışmamalı, həkimləri, müəllimləri, digər ixtisas sahibi olan insan resurslarımızı əlimizdən almamalıdırlar. Bu, qeyri-insani bir hərəkətdir”, – deyə Z.Mücahid vurğulayıb.
“Taliban” rəsmisi əlavə edib ki, keçmişdə ABŞ-a işləmiş tərcüməçilər və digər əfqanlar hərəkat tərəfindən hədəfə alınmayacaq və mütəxəssisləri vətənlərində heç bir təhlükə gözləmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!