“Taliban” Pəncşiri ələ keçirdiyini elan etdi

“Əfqanıstanın Pəncşir vilayəti tamamilə “Taliban”ın nəzarəti altına keçib”.
“Minval.info” xəbər verir ki, bu barədə məlumatı “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid öz tvitter hesabında açıqlayıb.
“Ölkədəki tam təhlükəsizliyi təmin etmək üçün son cəhdlər öz bəhrəsini verdi və Pəncşir vilayəti tam olaraq İslam əmirliyinin nəzarəti altına keçdi”, – deyə Mücahid qeyd edib.
O, həmçinin əlavə edib ki, üsyançılardan bəziləri məğlub olub, bəziləri isə qaçıb. Bununla yanaşı, “Taliban” Pəncşir sakinlərinin azadlıqlarını məhdudlaşdırmayacağını elan edib.
Qeyd edək ki, daha əvvəl “Taliban” sözçüsü Bilal Kərimi Pəncşiri tamamilə ələ keçirdiklərini bildirmişdi. Əfqanıstanın vitse-prezidenti Əmrulla Saleh isə bu açıqlamanı təkzib etmiş, müqavimətin davam etdiyini vurğulamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!