“Taliban” Pəncşirdə daha 20 mülki şəxsi öldürüb
“Taliba
n”ın Əfqanıstanda sivilləri öldürməsi ilə bağlı yeni videogörüntülər yayılıb.
“Minval.info” BBC-yə istinadən xəbər verir ki, bir həftə əvvəl Pəncşir əyalətində müqavimət nəticəsində 20 nəfərin öldürüldüyü ortaya çıxıb.
Rabitə kanallarının kəsilməsinə baxmayaraq, Pəncşirdən alınan kadrlarda “Taliban” döyüşçülərinin əhatəsində hərbi paltar geyinmiş şəxsin silah səslərindən sonra yıxıldığı görünür. Lakin “Taliban” qeyd edilən faktları təsdiqləmir.
Qeyd edək ki, ötən ay “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndə yalnız bir bölgədə ciddi müqavimətlə qarşılaşmışdı. Pəncşir Vadisi olaraq bilinən bölgədə Əhməd Məsud müqavimət qüvvələrinin komandanlığını öz üzərinə götürmüşdü. Vadini əhatə edən dağlar bölgəni ələ keçirməyi çətinləşdirsə də, sentyabrın 7-də “Taliban”, müqavimətin son bölgəsində hökmranlığını qoruduğunu söyləyərək bölgəyə bayrağını asmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!