“Taliban”ın 34 üzvü hökumət vəzifələrinə təyin edilib
Radikal “Taliban” h
ərəkatı tərəfindən qurulan Əfqanıstanın müvəqqəti hökuməti 34 üzvünü hökumət vəzifələrinə təyin edib.
“Minval.info” xəbər verir ki, müvafiq məlumat tviterdə radikalların nümayəndəsi, informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahidin səhifəsində dərc edilib.
Sənədə görə, təsdiqlənən vəzifələrin hər birinə yalnız dini titulu olan “Taliban” nümayəndələri təyin olunub: dörd qari (Quran oxuyanlar – Red), 16 molla (mədrəsə məzunları – Red) və 14 üləma (xüsusi dini təhsil almış mollalar – Red) .
Molla Əbdül Məcid Axund şəhid və əlillər naziri seçilib. Bununla da sentyabr ayında qurulan müvəqqəti hökumətin 23-cü üzvü olub. Mavlavi Əbdül Kəbir baş nazirin siyasi məsələlər üzrə müavini təyin edilib.
Mövləvi Mati ül-Haqq Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin rəhbəri olub və onun müavini vəzifəsinə isə bu yaxınlarda ölkədə ictimai edamların yenidən başladığını elan Molla Nuruddin Turabi təyin edilib.
Digər radikallar əsasən regional idarə rəhbərləri və ya onların müavinləri vəzifələrinə təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ