“Taliban” Əfqanıstanda yeni tədris qaydalarını açıqladı

“Taliban” hərəkatı Əfqanıstan universitetlərində tədrisin təşkili ilə bağlı yeni qaydalar qəbul edib.
“Minval.info” xəbər verir ki, hazırda Əfqanıstanın ali təhsil naziri vəzifəsini icra edən Abdul Baki Hakkani Kabildə keçirilən mətbuat konfransı zamanı sözügedən bu yeni qaydaları açıqlayıb.
Məlumata əsasən, əfqan universitetlərində tədris kişi və qadınlar üçün ayrı təşkil olunacaq. Bununla yanaşı, qadın tələbələrə dərslər əsasən qadın müəllimlər tərəfindən keçiriləcək. Lakin şəriət qaydalarına əməl olunduğu halda kişi müəllimlər də qadın auditoriyalarında dərs keçə bilərlər.
Hakkani, həmçinin qeyd edib ki, unversitetdə təhsil alan tələbələlər geyim qaydalarına ciddi əməl etməlidirlər. Belə ki, qadın tələbələr mütləq olaraq hicabdan istifadə etməlidirlər. Bununla belə, universitetlərdə tədris ediləcək fənlərə yenidən baxılacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!