"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir

“Taliban” Almaniya Federativ Respublikası ilə diplomatik əlaqələr qurmaq istəyir.
“Minval.info” xəbər verir ki, bunu hərəkatının nümayəndəsi Zabihullah Mücahid “Welt am Sonntag” qəzetində dərc olunan məqaləsində bildirib.
“Almaniya ilə rəsmi şəkildə diplomatik əlaqələr qurmaq istəyirik. “Taliban” digər ölkələrdən olduğu kimi, Almaniyadan da maddi dəstək və humanitar yardım almaq, həmçinin sağlamlıq, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdi”, – Mücahid vurğulayıb.
Qeyd edək ki, bu ilin avqustun 15-də Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra Almaniya Kabildəki səfirliyini bağlayıb.
Rəsmi Berlin son həftələrdə Dohada “Taliban”la danışıqlar aparır. Danışıqların mövzusu təxliyə şərtlərinin tərəflər arasında razılaşdırılmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!