Taksi sürücüsü sərnişinə çəkmələrindəki qara görə atəş açıb - Foto
Kazan şəhərində taksi sürücüsü sərnişinə çəkmələrindəki qarı çırpmadığına görə atəş açıb.
“Report” “KazanFirst”ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şəhər üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Əmirxan prospektində, təmir-tikinti malları mağazasının qarşısında olub. Taksi çağırmış üç nəfər maşına əyləşmək istəyən zaman sürücü onlardan çəkmələrindəki qarı çırpmağı xahiş edib.
Sərnişinlər onun xahişini yerinə yetirməyiblər. Buna görə də tərəflər arasında qarşıdurma yaranıb. Bu zaman taksi sürücüsü travmatik tapançadan sərnişinlərdən birinin boyun nahiyəsinə atəş açıb.
Hadisəni törədən sürücü bundan sonra ərazidən uzaqlaşaraq gizlənib. Lakin insidentin bütün iştirakçılarını polis bölməsinə aparılıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!