DİM sürücülük imtahanının nəticələrini elan etdi — Neçə taksi sürücüsü lisenziya hüququ qazandı?
Taksi sürücüləri və ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən sürücülər üçün keçirilən imtahanda uğur qazananların sayı açıqlanıb.
Minval.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda iştirak üçün 1840 namizəd qeydiyyatdan keçib, onlardan 1735 nəfəri imtahana qatılıb. Nəticələrə əsasən, 1317 namizəd imtahanı müvəffəqiyyətlə keçib. Bu namizədlərdən 1122-si taksi sürücüsü, 47-si ümumi sərnişin daşımaları, 148-i isə yük daşımaları üzrə müvəffəqiyyət əldə edib.
İmtahan nəticələrinə dair hər hansı bir narazılıq üçün Apellyasiya Komissiyası avqustun 7 və 10-da saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Göyçə gölündə tornado: Nadir təbiət hadisəsi!
Şəhid atası: Qürur və fəxarət dolu həyat
Qaraçuxurda 10 illik kanalizasiya problemi bitmir!
Turizm "yetim" vəziyyətdə: Sərhədlər bağlandı!
Uşaq oyuncaqlarında Müşviq Şahverdiyevin mahnısı səslənir
BYD 183 min avtomobilini geri çağırır
Bəy Mamed"də villa iddiaları yalanlandı