Tacirin vəfat etmiş qardaşının həyat yoldaşı atası evinə getdi — QALMAQAL (FOTO)
Tanınmış müğənni Tacir Şahmalıoğlu “Xəzər” televiziyasında Zaur Nəbioğlunun aparıcılığıyla yayımlanan “Olduğu kimi” verilişinin qonağı olub.“Ölkə.Az”ın məlumatına görə, sənətçinin 3 il öncə vəfat etmiş kiçik qardaşının həyat yoldaşı atasının evinə getdiyi açıqlanıb. Z.Nəbioğlu müğənniyə gəlinlərinin dediklərini çatdırıb:
“Qardaşınızın həyat yoldaşı söylədi ki, dörd aya yaxındır nə maddi, nə mənəvi bizim yanımızda deyillər. Hətta bildirdi ki, uşaqları onlara göstərməyəcəyəm”.
T.Şahmalıoğlu qardaşının həyat yoldaşının dediklərinə belə reaksiya verib:
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Hər bir ailədə mübahisə olur. Hər zaman o uşaqların arxasındayam. Bilirəm ki, o uşaqları bizə göstərməsə də, bir az böyüyəndən sonra əmilərinə ehtiyacı olacaq. İmkan olduqca hamımız öz balalarımıza edə bilmədiklərimizi o uşaqlara etməyə çalışırıq. Deyirəm ki, lənət şeytana. İnanıram ki, bu vəziyyət çox sürməyəcək. Mən o insanı da başa düşürəm. Çünki durduğu yerdə evinin başçısını, uşaqlarının atasını itirib”.
T.Şahmalıoğlunun 83 yaşlı anası Südabə xanım da nəvələrini görmək istədiyini dilə gətirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"