Təyin edilən yeni rektor kimdir? - BİOQRAFİYA

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının imzaladığı sərəncamla Ceyhun Valeh oğlu Məmmədov bu insituta rektor təyin olunub.
Minval.İnfo xəbər verir ki, Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya gəlib. Yeni rektor Xəzər Universitetinin ilahiyyat üzrə fəlsəfə doktorudur. Namizədlik dissertasiyasını Dinşünaslıq ixtisası üzrə “Şəmsəddin əs-Səxavi və onun “Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri” mövzusunda müdafiə edib.
Ceyhun Məmmədov həmçinin ərəb dili üzrə tərcüməçilik edir. Yeni rektorun son iş yeri AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu olub. O, bu instutda böyük elmi işçi olaraq fəaliyyət göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısı Veyis Məmmədov vəfat etdi
İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi
Bakıda tələbələr üçün kirayə ev tapmaq çətinləşdi
Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir